Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xəstədə test neqativ nəticə göstərə bilər

“Niyə test nəticəsi mənfi çıxır, adam isə ikitərəfli pnevmoniya ilə ölüm-dirim mubarizəsindədir? Test xarabdır?-- Xeyr. Bəs nə baş verir?”

Medicina.az həkim pediatr Aytən İsmayılzadənin xəstə koronavirus ola-ola testin yanlış olaraq neqativ göstərməsinin mümkünlüyünü və bunun səbəblərini açıqlayıb:

"Test ilə analiz üçün material əsnəkdən göturulur. Əsnəkdə virus varsa, bu keçərlidir. Amma virus elə orada oturub qalmır. Aşağı hissələrə bronxlara və ağciyərlərə keçir. Bizim insanlar da ən ağır halda həkimə muraciət edir. COVID--19 testi bu usulla edildikdə mənfi olur. Amma KT-də görunən atipik pnevmoniya koronavirusdan şubhə etməyə böyuk əsas verir.

Hamı bilir ki dekabr - yanvar aylarında ciddi qripp infeksiyası vardı. İnsanlar ailəlikcə yüksək hərarətlə xəstə yatırdı. İndi isə bu cur epidemiya yoxdur. Ona görə də indiki pnevmoniyalarda movcud koronavirus rol oynayır. Dünyasını dəyişənlərin patoloji anatomik muayinəsi lazimdir ki, ağciyərlərdə gedən proses görünsün. Bu isə bir dəhşətdir. Şəkli bura qoymuram. Amma ağciyərlərin bu cur uzun muddət işlənərək didilmiş - yırtılmış bir qabyuyan süngərə dönməsini görmək çox ağırdır... Qısaca onu deyim ki, halınızda bir dəyişiklik hiss etdinizsə, vaxtında bildirin, evdə qalıb ağırlaşmayın, çünki o test neqativ olub amma pnevmoniyadan dünyasını dəyişənlər COVİD--19-dan ölüm sırasına girmədikcə siz də "bizdə ölüm azdır" deyib rahat gəzəcəksiniz. Hərarətiniz, öskurəyiniz oldusa evə ilk olaraq təcili yardim çağırın. Uşaq böyuk fərq etmir. Həkimlə yalnız telefonla əlaqə saxlayin. İynə vurdurmaq üçün tibb bacısı çağırmaq, söhbət üçün qonşu çağırmaq olmaz. İki gun cavabı gözləmək lazımdır. Məsuliyyətli olaq!".

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

5 2020 13:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə