Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gədəbəy: nə qədər dağ havası olsa da...

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən tibbi-profilaktik və dezinfeksiya tədbirləri Gədəbəydə hər gün davam  etdirilir.

Növbəti dezinfeksiya işləri şəhərin mərkəzində yerləşən parkda aparılmışdır. Burada, uşaqların əyləncəsi üçün ayrılan məkanda və ətraf ərazilərdə görülən işlər əhali tərəfindən razılıqla qarşılanmışdır.Suya  xüsusi dezinfeksiyaedici maddələrin qatılması ilə aparılan dərmanlanma işləri təkcə şəhərdə deyil, ətraf kəndlərdə də həyata keçirilir. Rayon icra hakimiyyətinin məsul işçisi Ləzgi Zeynalov müxbirimizlə telefon söhbətində demişdir:

  • Nə olsun ki, dağ rayonudur, havası təmizdir...bu elə bəladır ki, dağa-dərəyə baxmır, qarşısına kim çıxdı, ağuşuna alıb aparır. Rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev bütün işlərə özü nəzarət edir, icranın vəziyyətini yerində yoxlayır, hesabat tələb edir, Koronovirusla bağlı qoyulan qadağalara rayonda tam əməl olunması üçün bütün qüvvələr səfərbərliyə alınmışdır.

Rayonda dezinfeksiya tədbirləri növbəti günlərdə də davam etdiriləcəkdir.

    Hamlet Qasımov, bölgə müxbirimiz

 

5 2020 13:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə