Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Sərhəd Xidməti: Düşmən təxribatının qarşısı alınıb

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, aprelin 4-də saat 22:20-dən 23:05-dək Qazax rayonunun Abbasbəyli kəndi, habelə Fərəhli və Məzəm kəndlərinə gedən magistral yolda hərəkət edən hərbi və mülki nəqliyyat vasitələri Ermənistanın İcevan rayonunun Berkaber kəndi yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən iriçaplı pulemyotlardan və snayper silahlarından intensiv atəşə tutulub. Bu səbəbdən həmin magistral yolda hərəkətə məhdudiyyət tətbiq edilib.

Düşmən təxribatının qarşısı alınıb, Ermənistan silahlı qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub, nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

5 2020 12:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə