Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bal, limon və zəncəfilin virusa təsiri

Koronavirusun təbii yolla müalicəsi ilə bağlı çoxlu sayda məlumatlar verilir. Son məlumata görə, xəstəlik zamanı xəstənin özünü daha yaxşı hiss etməsi üçün bal, limon və ya zəncəfil yemək vəziyyəti yaxşılaşdırır. Lakin bu, COVID-19-un müalicəsi demək deyil.

ÜST-nın mütəxəssisi Maykl Rayan "Sky News"a açıqlamasında COVID-19-un müalicə üsulları ilə bağlı sualı cavablandırarkən deyib ki, indiyə kimi yeni virusu müalicə edən sübutlu metod yoxdur:

"İnsanlar xəstəlik zamanı özlərini daha yaxşı hiss etmək üçün bal, limon, zəncəfil kimi qidaları qəbul etməkdə azaddırlar. Amma onlar bunun dərman olduğunu əsla düşünməməlidirlər". 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

5 2020 12:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə