Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda bu il gömrük orqanlarının xətti ilə dövriyyədən çıxarılmış narkotik vasitənin həcmi 1 tonu keçib

Azərbaycanda bu il gömrük orqanlarının xətti ilə dövriyyədən çıxarılmış narkotik vasitənin həcmi 1 tonu keçib

"Bu ilin əvvəlindən Dövlət Gömrük Komitəsi (DGK) 1,014 tondan artıq narkotik vasitə aşkar edərək qanunsuz dövriyyədən çıxarıb".

“Report”un məlumatına görə, bunu DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşı Fikrət Ələsgərli Qusarda Komitənin jurnalistlər üçün təşkil etdiyi “Gömrük islahatları və Modernləşdirmə” mövzusunda keçirilən seminarında bildirib.

Onun sözlərinə görə, bütün bu narkotik vasitələrin müxtəlif gizlətmə üsulları ilə ölkəyə keçirilməsinə cəhd edilib: “Bu il narkoqaçaqmalçılar kişmiş üzümünün arasında narkotik vasitənin keçirilməsinə cəhd ediblər. Bundan sonra bütün gömrük orqanları üzüm mallarını ciddi şəkildə yoxlayırlar. Ancaq narkotik qaçaqmalçıları bir üsuldan bir dəfə istifadə edirlər. Bir hal aşkar edildikdən sonra onlar bir daha bu üsuldan istifadə etmirlər. Narkoqaçaqmalçılar elə marşrutlar seçirlər ki, bu marşrut şübhə doğurmasın”.

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”

28 2018 17:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə