Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İmmuniteti gücləndirmək üçün içkilər

Yəqin ki, hər kəs zəncəfilin faydalı xüsusiyyətləri barədə məlumatlıdır. Zəncəfil ədviyyat kimi istifadə olunur. Təzə, kəskin ətirli, kəskin bir dadı var. Mikroorqanizmlərlə mübarizə aparmağa kömək edir, immuniteti artırır və həzmə faydalı təsir göstərir.

Zəncəfilin diaforetik, agrıkəsici təsiri var . Çay hazırlamaq üçün qabığı soyulub  2--3 sm doğranmış zəncəfilin üzərinə qaynar su tökün. Bir neçə dəqiqə dəm aldıqdan sonra için. Bu çay bal və ya limon ilə də qəbul edilə bilər.

Hippokrat içkisi-- Yunanıstanda çox məşhurdur. İki portağal və ya limon dilimlərinin üstünə 2 stəkan qırmızı şərab tökün, 2 ədəd mixək, 1 çay qaşığı bal və bir çimdik darçın əlavə edin. İçkini qaynar hala gətirin və isti halda qəbul edin.

Sitrus çayı -- Çox sağlıqlıdır. 1 litr qaynar suya bir portağalın (limon, qreypfrut və ya mandarin) meyvəsini, çay yarpaqları və bal əlavə edin. Çayı dərhal içmək lazımdır:  2--3 saatdan sonra içki acı olacaq.

Cökəyarpağı çayı-- Ballı, ətirli içkinin tərkibində efir yağları, flavonoidlər və askorbin turşusu var. Çaynikə bir və ya iki yemək qaşığı cökə yarpağı atın. 6--7 dəqiqə dəmlədikdən sonra, nanə və ya darçın çubuqları əlavə edin.

Çaytikanı çayı-- Çaytikanı ağacının meyvələri içkiyə açıq turş dadı verir. Giləmeyvə mineral və vitaminlərlə zəngindir. Bəlkə də ən vacib xüsusiyyəti xəstənin gücünün bərpası, hemoglobin səviyyəsinin artması, habelə bədən tonusunun artmasıdır. 150 qr giləmeyvə doğrayın, bir çaynikə tökün. İstəsəniz, 2 çay qaşığı əlavə edə bilərsiniz. 0,5 litr qaynar su tökün və 10--15 dəqiqə dəmləyin. İçki ətirli balla isti halda içilir.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

5 2020 11:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə