Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İş adamı Türkiyədən çağırış etdi: təlimatlara əməl et, evdə qal

Yoluxucu infeksiyanın sürətlə yayılması hər gün vəziyyətdən cıxmaq yolları haqqında düşünməyi vacib etməklə hər kəsi narahat edir və düşündürür. Qardaş Türkiyənin İzmir şəhərində yaşayan iş adamı İzmir Azərbaycan Qardaşlıq və İşbirliyi Cəmiyyətinin sədri Asif Kurban redaksiyamıza bildirir ki, illərdir yaşadığım qardaş Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə  "Biz bizə yetərik Türkiyəm" şüarıyla milli həmrəylik kampaniyası başladılması da hadisələrin nə qədər ciddi məcrada olduğunu açıqlayır. Dəyərli vətəndaşlarımıza demək istəyirəm ki, əğər qısa  zaman ərzində əvvəlki həyat tərzimizə dönmək istəyiriksə,evdən çıxmamalıyıq. Yoluxmaların sayının dayanması lazımdır ki, əvvəlki həyatımıza təkrar bir nöqtədən başlaya bilək. Xəstə sayının artması davam etdikcə, ümidsizlik və qorxu hissini bizləri tərk etməyəcək. Dediklərim qorxu yaratmaq yox, tələblərə əməl etmək istəyinin təzahürüdür.

Virusun yayılmasıni dayandırmağın bircə yolu var: evlərimizdən çıxmayaq. Məcbur olmadıqca evdən çıxmağımızı məhdudlaşdırmalıyıq. Bu hər birimizin vətəmdaşlıq borcu olmalıdır, bu borc isə bizdən birgə mübarizə və həmrəylik tələb edir. Bu gün biz bu həmrəyliyimizi virusa qarşı mübarizəmizlə təsdiq etməliyik. Uzaqlarda olsaq da ölkəmizdə baş verənlərə biganə qalmağımız mümkün deyil. Azərbaycan dövləti bu bəladan xilas olmaq üçün bütün gücünü səfərbər edib, hətta deyərdim ki, Azərbaycan  bu  mübarizəyə ən çevik reaksiya verən ölkə oldu:  məktəblər, uşaq bağçaları, ali təhsil ocaqları bağlandı, məhdudlaşdırıcı qaydalar qüvvəyə mindi, karantin rejimi tətbiq olundu. Dünyada bir ilk olaraq Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Qalır bu tədbirlərə advekat cavabımız: virusun yayılmamasının qarşını almaq üçün ən böyük məsuliyyət insanlara düşür.Bunu nəzərə alaraq,qəti şəkidə evlərimizdən çıxmayaq. İş üçün məcburi çıxanlar da lazımlı tədbirlərə ciddi rəayət etməlidirlər.

Bu böyük bir problemdir və bunun öhdəsindən yalnız birlikdə gələ bilərik,çünki hamımız eyni gəmidəyik.Bu mübarizədə məsuliyyətli və xoşniyyətli olmağımız vacibdir. Gənc və sağlam olub bu virusu hiss etmədən də keçirə bilərik.Amma bu halda bizlər virus daşıyıcısı  olaraq immuniteti zəif olan insanlara virusu ötürərək daha pis nəticələrə səbəb ola bilərik.Evdə qalaq!.

Evdə qalmaqla  bu virusun yayılmasının qarşını  2-3 həftəyə ala bilərik. Təkrar həyat tərzimizə qayıtmaq üçün evdən çıxmamaq bir nömrəli vəzifəmiz olmalıdır.Pozitiv düşünürəm, dediklərimə inanaraq sizlərlə  düşüncələrimi paylaşıram.Evdə qalaq ve pozitiv olaq...

Evdə qalmayıb virusu yaymağa davam etsek hamımız birlikdə böyük sıxıntı yaşayacağıq. Bu vəziyyətdə xəstəxanalarda yer çatmaz, ölümlər artar, iqtisadiyyat çökər, insanlar psixoloji olaraq daha gərgin olarlar. Qısaca, yaranmış vəziyyətə ciddi baxmasaq  bizi çox çətin günlər gözləyə bilər.Evdə qalaq!

Ətrafımıza ciddi  xəbərdarlıq etməliyik. Mənə heç nə olmaz demə, evdə qalaq, həm özümüzü, həm ailəmizi düşünək, xalqımızı düşünək,,Azərbaycanımızı düşünək. Bir də təkrar etmək istəyirəm: deyilənlər qorxu yaratmaq yox, əksinə tələblərə əməl etməyin vacibliyi üçündür. Uzun illərdir Türkiyədə yaşayıram və burada iş həyatındayam. Gördüyüm bir realliq məni sevindirir: türk xalqı bu işə çox ciddi yanaşır və məsuliyyətli davranır.

Sonda  Cənab Prezidentin bir fikrini xatırlatmaq yerinə düşər: ”Biz birlikdə güclüyük!”. İnanıram ki, Türkiyə və Azərbaycan vətəndaşları verilən mesajlara ciddi yanaşacaq və COVİD-19 virusuna qısa müddətdə qalib gələcəklər. Allah Azərbaycanımızı və Türkiyəmizi qorusun!

“Xalq qəzeti”

 

 

5 2020 11:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə