Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsmayıllıda Aprel döyüşlərinə həsr olunan rəsm müsabiqəsi onlayn şəkildə keçirilib

İsmayıllıda Heydər Əliyev Mərkəzi və İsmayıllı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan Aprel döyüşlərinə həsr olunan rəsm müsabiqəsi keçirilib.

İsmayıllı Regional Mədəniyyət Mərkəzi mətbuat xidmətinin katibi Aysu Nəcəfli bildirib ki, son vaxtlar respublikada fəaliyyət göstərən mədəniyyət müəssisələri də koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə tətbiq olunan karantin rejimi şəraitində kütləvi tədbirlərin, görüşlərin, dərs prosesinin dayandırılması ilə əlaqədar fəaliyyətlərini əsasən internetin geniş imkanlarından istifadə etməklə qurmağa çalışır.

Bununla bağlı olaraq Heydər Əliyev Mərkəzi və Rəsm qalereyasının elan etdikləri rəsm müsabiqəsi də virtual olaraq keçirilib. Müsabiqə hər iki müəssisədə fəaliyyət göstərən rəsm dərnəklərinin üzvləri arasında təşkil olunub. Müsabiqəyə təqdim olunan rəsmlərdə ordumuzun qəhrəmanlığı, vətənpərvərlik, milli-mənəvi dəyərlərimizin təbliği mövzuları əks olunub. Üç ən yaxşı rəsmin müəllifi mükafatlandırılacaq.

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

5 2020 10:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə