Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kolumbiyada mədəndə partlayış olub

Ən azı 11 nəfər Kolumbiyanın mərkəz hissəsində yerləşən mədənlərin birində baş verən partlayışın qurbanı olub.

 "Semana" jurnalı bildirib ki, hadisə Kukunuba bələdiyyəsi ərazisində yerləşən Pueblo Vyexo kəndindəki kömür mədənində baş verib. Partlayış nəticəsində azı 11 mədənçi həlak olub. Xilasedicilər dağıntıların altından dörd nəfəri xilas edə biliblər.

 

Səlahiyyətlilər hadisə ilə əlaqədar araşdırmaya başlayıb. İlkin məlumatlara görə, partlayışa səbəb metan qazının alışması ola bilər.

5 2020 09:30 -

Köhnə versiyamızdan xəbərləri izlə