Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Tbilisidə keçirilən beynəlxalq etnofestivalda təmsil olunur

Tbilisidə “Expo Georgia” sərgi mərkəzində “Etnofest 2018” ənənəvi sənət və dizayn beynəlxalq sammiti işə başlayıb.

“Report”un Gürcüstan bürosunun verdiyi məlumata görə, tədbir Tbilisi meriyasının Beynəlxalq İncəsənət Mərkəzi, Tbilisi sakrebulosu və Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilir. 

Sammitdə Azərbaycan, Gürcüstan və Ermənistandan olan yüzdən çox sənətkar və ustad tekstil, keramika, taxta, metal, dəri və digər materiallardan hazırlanmış əl işləri və aksessuarlarla iştirak edir. Azərbaycanı beynəlxalq tədbirdə “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzi təmsi edir. Mərkəz sərgidə “Dastan” brendi altında hazırlanmış keramika, taxta, barika və zərgərlik nümunələrini təqdim edir…

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”

28 2018 16:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə