Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dörd ölkənin opera ulduzları eyni səhnəni bölüşəcəklər

Dörd ölkənin opera ulduzları eyni səhnəni bölüşəcəklər

Oktyabrın 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C. Puççininin “Toska” operası təqdim ediləcək.

Tamaşada Toska partiyasını ifa etmək üçün Türkiyənin populyar vokalçısı, tanınmış opera müğənnisi Mine Kurtoğlu dəvət olunub. Mine Samsun Dövlət Opera və Balet Teatrının aparıcı solisti, bir sıra beynəlxalq vokal müsabiqələrinin qalibidir. O, həmçinin 2018-ci ilin  yazında  Bakıda keçirilmiş Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsində parlaq çıxışı ilə yadda qalıb. İstedadlı vokalçı həmin müsabiqənin Qran-pri mükafatına layiq görülmüşdü.

Tamaşada Ukrayna Milli Operasının aparıcı solisti Andrey Romanenko əsas partiyalardan birini - Kavaradossi partiyasını ifa edəcək. Bakılı operasevərlərin dəfələrlə parlaq ifasına şahid olduqları digər bir ulduz vokalçı -- Belarus Milli Böyük Opera və Balet Teatrının aparıcı solisti, Belarusun Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Vladimir Qromov isə operada Skarpia rolunda çıxış edəcək.

Tamaşada  Azərbaycanın istedadlı opera müğənniləri – Xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, Əməkdar artistlər Cahangir Qurbanov və Əliəhməd İbrahimov da iştirak edəcəklər.

Operanın dirijoru Xalq artisti, professor Cavanşir Cəfərovdur.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

28 2018 16:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə