Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şirin səyahət: Azərbaycan turistləri fərqli qarşıladı

Şirin səyahət: Azərbaycan turistləri fərqli qarşıladı

Dövlət Turizm Agentliyi tərəfindən 27 sentyabr Ümumdünya Turizm Günü münasibətilə bir sıra tədbirlər həyata keçirilib, ilk dəfə olaraq ölkəmizə gələn turistlər tamamilə fərqli qarşılanıb. Belə ki, 24 saat ərzində ölkəyə hava limanından daxil olan hər bir turistə sərhəd buraxılış məntəqəsində milli şirniyyatlardan ibarət hədiyyələr təqdim olunub. Bu barədə Dövlət Turizm Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bundan əlavə, gün ərzində Bakı şəhəri üzrə turistik yerlərə gəzintilər həyata keçirən “Baku City Tour” avtobuslarına 50% endirim tətbiq olunub, "Yanardağ" və "Atəşgah məbədi" dövlət qoruqları isə ödənişsiz fəaliyyət göstəriblər. Həmçinin Fəvvarələr meydanında milli sənətkarlıq nümunələrinin nümayişi və master-klasslar, axşam saatlarında isə canlı konsert təşkil edilib. Sənətkarların əl işlərindən ibarət sərgi 4 gün davam edəcək.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

28 2018 15:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə