Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Toxum Fondu 180 ton yüksək məhsuldar buğda toxumu gətirib

Dövlət Toxum Fondu 180 ton yüksək məhsuldar buğda toxumu gətirib

Dövlət Toxum Fondu tərəfindən ölkədə fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçılarının yüksək reproduksiyalı buğda toxumuna olan ehtiyaclarının müəyyən olunması məqsədi ilə təsərrüfat subyektlərinə əkin üçün tələb olunan toxum barədə sorğular göndərilib. Göndərilən sorğuların cavablarına əsasən, məhsul istehsalçıların Elit “Qrom” və Elit “Krasnodar 99” buğda sortlarına yüksək tələbatlarının olduğu müəyyən olunub.  

Dövlət Toxum Fondu Stavropol vilayətindən 180 ton yüksək məhsuldar Elit “Qrom” və Elit “Krasnodar 99” payızlıq yumşaq buğda toxumları gətirib. Gətirilmış məhsul Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və Şəki şəhərində yerləşən anbara yığılıb.

Toxumları əldə etmək istəyən fermerlər Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) ilə əlaqə saxlaya bilərlər.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”
            

28 2018 12:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə