Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kələm sovkasına qarşı mübarizə tədbirləri gücləndirilib

Kələm sovkasına qarşı mübarizə tədbirləri gücləndirilib

Lənkəran rayonu ərazisində karantin tətbiq edilən və xüsusi təhlükəli hesab edilən zərərvericilərə və xəstəliklərə qarşı fitosanitar müşahidə və mübarizə tədbirləri davam etdirilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən Bolədi, Xlmoli, Girdəni, Veravul, Vilvan, Separədi kəndlərini əhatə edən 32 hektar kələm sahəsində fitosanitar müşahidələr həyata keçirilib və 10 hektar sahənin kələm sovkası ilə sirayətləndiyi müəyyən edilib.

Lənkəran rayonu Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssislərinin verdiyi tövsiyələr əsasında təsərrüfat subyektləri tərəfindən 6 hektar sahədə kimyəvi mübarizə tədbirləri başlayıb. Mübarizə zamanı Supermetrin tərkibli Arivo (200 qr/1 ha) və Primfos-metil tərkibli Aktellik-K (500 qr/1 ha) preparatlarından istifadə olunub.

Kəpənəklər dəstəsinin Sovkalar fəsiləsinə aid olan kələm sovkası Azərbaycan şəraitində 2-3 nəsil verir və pup mərhələsində qışlayır. Puplara əsasən torpağın 6-8 sm dərlinyində rast gəlinir. Quraq keçən illərdə nisbətən torpağın 10-15 sm dərinliyində qışlayır. Azərbaycanda, əsasən də düzən, dağətəyi və dağlıq zonalarında 520 növ sovka yayılıb ki, onlardan 80 növü müxtəlif kənd təsərrüfatı bitkilərinə zərər verir. Quba-Xaçmaz bölgəsində mövcud olan 18 növ zərərli sovkanın 6 növü xaççiçəkli bitkilərə zərər verir.

Əkin sahələrinin adı çəkilən zərərverici ilə sirayətlənməsinin qarşısını almaq üçün şitillər erkən əkilməli, bitkiyə yaxşı qulluq edilməli və alaqlarla müntəzəm mübarizə aparılmalıdır.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

28 2018 12:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə