Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı alim beynəlxalq konfransın proqram komitəsinin üzvü seçilib

Azərbaycanlı alim beynəlxalq konfransın proqram komitəsinin üzvü seçilib

www.science.gov.az saytı məlumat verir ki, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev Siqnalların Emalı və Süni İntellekt Sahəsində Nailiyyətlər I beynəlxalq konfransının (First International Conference on Advances in Signal Processing and Artificial Intelligence – ASPAI 2019) proqram komitəsinin üzvü seçilib.

20-22 mart 2019-cu il tarixlərində İspaniyanın Barselona şəhərində keçiriləcək konfransın əsas istiqamətlərinə süni intellekt alqoritmləri, hibrit intellektual sistemlər, qeyri-səlis məntiq və sistemləri, süni neyron şəbəkələri, virtual və əlavə reallıq, maşın təlimi, siqnalların emalının nəzəriyyə və metodları və s. daxildir.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

28 2018 12:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə