Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Donald Tramp: ABŞ-ı koronavirusla mübarizədə iki "əzablı həftə" gözləyir

ABŞ COVID-19-la mübarizədə vəziyyətin yaxşılaşması tendensiyasını görmək üçün iki "əzablı həftəni" qət etməlidir.

AZƏRTAC bu barədə Interfax agentliyinə istinadla xəbər verir.

“Ümid edirəm ki, ekspertlərin və çoxumuzun düşündüyü kimi, tunelin sonunda əsl işığı görəcəyik, lakin bu, çox ağrılı iki həftə ilə müşayiət olunacaq”, - deyə Donald Tramp Ağ evdə koronavirusa həsr olunan brifinqdə bildirib.

Prezidentin sözlərinə görə, epidemiya ilə bağlı yaranan vəziyyətin yaxşılaşması üçün COVID-19-la mübarizə üzrə rəhbər prinsipləri gözləmək lazımdır. Donald Tramp indiyədək dünya ölkələrinin vahid düşmənə qarşı bu qədər sıx birləşdiyini görmədiyini də qeyd edib. “Biz bacaracağıq, biz qələbə qazanacağıq və ümid edirəm ki, bu, nisbətən qısa müddət ərzində baş verəcək”, - deyə ABŞ lideri bildirib.

Son məlumata əsasən, xəstələrin sayına görə dünyada birinci yerdə qərarlaşan Birləşmiş Ştatlarda virusa yoluxanların sayı 189,6 min nəfərə, ölənlərin sayı isə 4079 nəfərə çatıb. Həmçinin ölkədə 7251 nəfərin də sağaldığı bildirilir.

3 2020 23:01 -

Köhnə versiyamızdan xəbərləri izlə