Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Laşa Darsalia: Gürcüstan Azərbaycanın Dağlıq Qarabağ regionunda keçirilən qondarma seçkilərin nəticələrini tanımır

Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyinin dəstəkləyir ki, bu da müvafiq bəyanatlarda öz əksinin tapıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın Xarici İşlər nazirinin müavini Laşa Darsalia söyləyib.

Bildirib ki, martın 22-də Gürcüstanın işğal altında olan Abxaziya bölgəsində keçirilən “prezident” seçkiləri ilə bağlı Azərbaycan tərəfi müvafiq bəyanat verib.

Laşa Darsalia deyib: “Gürcüstan hökuməti də müvafiq olaraq Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda martın 31-də keçirilən “seçkilər”lə bağlı bəyanat verib. Gürcüstan tərəfi bəyan edib ki, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Azərbaycanın Dağlıq Qarabağ regionunda keçirilən bu “seçkilərin” nəticəsini tanımır”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

3 2020 22:56 -

Köhnə versiyamızdan xəbərləri izlə