Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Angela Merkel ev rejimində karantindən sonra iş yerinə qayıdıb

Almaniya hökumətinin rəhbəri Angela Merkel ev rejimində 14 günlük karantindən sonra iş yerinə qayıdıb.

TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert jurnalistlər üçün təşkil olunan brifinqdə deyib. “Xoşbəxtlikdən, koronavirusun müəyyən olunması üçün keçirilən bir neçə testin cavabı mənfi çıxıb”, - deyə Zaybert bildirib.

Angela Merkel martın 20-də onu pnevmokokdan profilaktik peyvənd edən həkiminin koronavirusa tutulduğu məlum olduqdan sonra Robert Koh adına Virusologiya İnstitutunun mütəxəssisləri və həkimlərinin məsləhəti ilə ev şəraitində karantin keçmək qərarına gəlib. Almaniya kansleri karantində qaldığı müddət ərzində evdən videokonfrans rejimində müxtəlif danışıqlarda iştirak edib.

M.HACIXANLI,

“Xalq qəzeti”

 

3 2020 23:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə