Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Balakənli sahibkar sosial xidmət sahəsində çalışan 250 işçiyə tibbi ləvazimatlar paylayıb

Balakən rayonunda fəaliyyət göstərən özəl sahibkarlıq müəssisəsi olan “UĞUR” Tibb Mərkəzi koronavirus infeksiyasının əhali arasında yayılmasının qarşısının alınması məqsədilə sosial layihə həyata keçirib. Aksiya çərçivəsində müəssisə tərəfindən Balakən Kommunal Müəssisələri Kombinatı, Mənzil İstismar Müəssisəsi və Yaşıllıq Təsərrüfatı Sahəsi MMC-lərdə çalışan 250 işçiyə tibbi spirt, qoruyucu maska, əlcək, yod, sabun, pambıq və digər gigiyenik vasitələr paylanılıb.

Bu barədə  Balakən Rayon İcra Hakimiyyəti Aparatından məlumat veriblər.

Qurum rəsmisinin sözlərinə görə, “UĞUR” Tibb Mərkəzi tərəfindən yaşlı və imkansız vətəndaşlara tibbi xidmət zamanı, eyni zamanda, 50 faiz endirim də tətbiq olunur.

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

3 2020 23:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə