Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yüksək Texnologiyalar Parkı “ADEX-2018” sərgisində ilk dəfə hərbi və mülki yönümlü məhsullarını nümayiş etdirib

Yüksək Texnologiyalar Parkı “ADEX-2018” sərgisində ilk dəfə hərbi və mülki yönümlü məhsullarını nümayiş etdirib

Məlum olduğu kimi, 25-27 sentyabr 2018-ci il tarixlərində Bakıda Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə "ADEX-2018” üçüncü Beynəlxalq Müdafiə sərgisi keçirilib.

www.science.gov.az saytı yazır ki, regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biri olan genişmiqyaslı sərgidə ilk dəfə olaraq AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) da iştirak edib. Sərgidə YT Parkın hərbi yönümlü məhsulları - pilotsuz uçan aparatlar (PUA), dronlar, minapartladan sistemlər, zirehli gödəkçələr, o cümlədən mülki yönümlü məhsulları nümayiş olunub.

YT Parkın nümayiş olunan məmulatlarına Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti ilə yanaşı, Pakistan, Sudan, Rusiya və digər ölkələrin nümayəndələri də xüsusi maraq göstəriblər.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

28 2018 12:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə