Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zaqatala peşə məktəbində gündə 1000-1500 ədəd qoruyucu tibbi maska tikiləcək

Əhalinin qoruyucu tibbi maskalara olan ehtiyacını nəzərə alaraq, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısının təşəbbüsü və dəstəyi ilə rayonda fəaliyyət göstərən peşə məktəbinin dərzi ixtisas qrupunun istehsalat təlimi ustaları və müəllimləri tərəfindən tibbi maskaların tikilməsinə başlanılıb. Məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olmaq, həmrəylik nümayiş etdirməkdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəbin təlim ustası Bənövşə Babayeva, ixtisas müəllimləri Nəfisət Filmanova və Səadət Mustafayeva tərəfindən tikilən tibbi maskalar ehtiyacı olan vətəndaşlara pulsuz paylanılır.

Peşə məktəbində gün ərzində 1000-1500 ədəd qoruyucu maskanın tikilməsi və vətəndaşlara çatdırılması nəzərdə tutulur.

3 2020 21:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə