Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

175 Azərbaycan vətəndaşı təxliyə edilib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gün İstanbuldan Bakıya çarter reysi yerinə yetirib. Bu barədə  AZAL-dan bildirilib.

Həmin reyslə Bakıya 106 nəfər Azərbaycan vətəndaşı vətənə çatdırılıb. 

Eyni zamanda bu gün səhər saatlarında "Azərbaycan Hava Yolları"nın təyyarəsi ilə 69 sərnişin üçün London-Bakı reysi həyata keçirilib.

Bundan əlavə, dünən axşam Moskva şəhərindən (Vnukovo hava limanı) uçuş yerinə yetirən AZAL-ın  təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda enib. Təyyarədə 123 sərnişin olub.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

"AZAL bir daha vətəndaşları ciddi zərurət olmadan evdən çıxmamağa və uçuşlar həyata keçirməməyə çağırır. Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə riayət etmək hər birimizin borcudur", - aviaşirkət bəyan edib. 

Ə.ƏLƏSGƏRLİ,
“Xalq qəzeti”

 

3 2020 20:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə