Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Online olaraq “İdeya var!" müsabiqəsinə start verilib

Gənclər və İdman Nazirliyi tərəfindən 1 aprel- 1 iyun tarixləri arasında “İdeya var!" gənclərin lll Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin online seçim mərhələsi keçiriləcək. Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd gənclərin elmi və yaradıcılıq  fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialı nümayiş etidirilməsi üçün əlverişli şərait yaratmaq, onları tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirməkdir.

Müsabiqədə 14-29 yaşlı Azərbaycan Respublikasının vətəndaşları fərdi və ya müəllif qrupu kimi iştirak edə bilər. Müsabiqə 4 nominasiya üzrə aparılır:

«Texniki innovasiyalar»;
«Ekologiya, ətraf mühit və təbiətdən rasional istifadə. Tibb və səhiyyə sahəsində innovasiyalar;
«İstehsalat texnologiyaları və sənaye infrastruktu. Canlı sistemlər, nəqliyyat sistemləri»;
«Sosial sahə və təhsil».

Müsabiqədə iştirak edəcək gənclər öz layihələrini online olaraq [email protected] emailinə göndərə bilərlər. Əlavə məlumat üçün 0518118047 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.
Qeyd edək  ki, layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.10.1 (Gənclərin intellektual inkişafa və elmi fəaliyyətəhəvəsləndirilməsinə yönəlmiş layihələrin dəstəklənməsi) bəndinin icrasını təmin etmək məqsədi ilə keçirilir.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”



 

 

3 2020 20:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə