Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Adi virus əlamətlərindən təşvişə düşmək olmaz

“Koronavirus ciddi pnevmoniya yaradır. Klinik əlamətlər və burundan alınan nəticələrlə xəstənin koronavirusa yoluxduğu təsdiqlənir". Bunu TƏBİB-in yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri infeksionist Vasif Əliyev Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı mətbuat konfransında deyib.

O, jurnalistlərin “insanlar hansı hallarda müayinə olunmaq üçün həkimə müraciət etməlidir”-- sualına belə cavab verib : "Xəstə insanla təmasda olmayan biri koronavirusla bağlı müraciət etməməlidir. Bu adi virus əlaməti də ola bilər".

Vasif Əliyev, həmçinin qeyd edib ki, virus qriplə eyni əlamətləri daşıdığı üçün xəstəliklər vətəndaşlarda narahatlıq doğurur. Amma buna koronavirusdur deyə təşvişə düşmək lazım deyil.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

 

3 2020 20:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə