Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Maskadan düzgün istifadə edək

Bu gün vətəndaşlarımızın bir qismi haqlı olaraq maska çatışmazlığından narazılıq edir, bu məsələdə hədəf kimi aptekdə çalışanları günahlandırır, onları maskaları alver predmetinə çevirdiklərindən şikayətlənir.  Həkimlərin bir çoxu sağlam insanların maska taxmasını məqbul etməsələr də, böyük çoxluq qorunma vasitəsi kimi bu istifadəni vacib sayır. Bəs görəsən, maskadan düzgün istifadə edə bilirikmi? Virusun maskadan keçməməsi üçün ondan necə istifadə edək?

LOR həkimin önəmli məsləhəti ilə sizi tanış edək. Seçenov adına Tibb Universitetinin professoru Yuriy Ulyanov maskaların effektini artırmaq və virusun maskadan keçməsinin qarşısını almaq üçün çox maraqlı tövsiyə verib:

“ Doğrudur, maskadan istifadə etdikdə, virus sağlam burun və ağızın selikli qişasına çökə bilmir. Burun və boğazın özünün müdafiə mexanizmi var. Zökəm, virus, qrip o zaman burundan yoluxur ki, burun və ağız quruyur və soyuyur. Maskanı taxarkən onun iç səthinə propolis və ya ekvalipt yağı damcılanmış tənzif yapışdırın və ya bunları pambığa damcıladıb maskanın iç hissəsindən burunun üzərinə qoyun. Bu vasitələr viruslara qarşı ikinci baryer olacaq və sizi daha yaxşı qoruyacaq, həmçinin burunun içinin qurumasının qarşısını alacaq”.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

3 2020 19:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə