Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA rəhbərliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Ölkə ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr edirlər.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildirilib ki, AMEA-nın prezidenti, birinci vitse-prezidentləri, vitse-prezidentləri, akademik-katibi və İşlər idarəsinin müdiri də bu nəcib təşəbbüsə qoşularaq bir aylıq əməkhaqlarının 50 faizini Fonda köçürüblər.

Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait xüsusi rejimli tibb müəssisələrinin formalaşmasına, maddi-texniki sahənin gücləndirilməsinə, eləcə də ölkəmizdə koronavirusla mübarizə sahəsində həyata keçirilən digər tədbirlərə yönəldiləcək.

3 2020 17:29 -

Köhnə versiyamızdan xəbərləri izlə