Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan "vahid pəncərə" sistemi ilə məhsul ixracını əhəmiyyətli dərəcədə artırıb

2020-ci ilin martında Azərbaycanın "vahid pəncərə" sistemi ilə məhsul ixracının ümumi həcmi 15,3 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52,3 faiz çoxdur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir ki,  yanvar-mart aylarında "vahid pəncərə" İxraca Dəstək Mərkəzi yüzlərlə sahibkara müvafiq ixrac sertifikatları verib. Nəticədə 37 milyon dollardan çox qeyri-neft məhsulu ixrac edilib.

Hesabata əsasən, bu müddət ərzində 2019-cu ilin eyni dövrü ilə müqayisədə 43,5 faiz çox qeyri-neft məhsulu ixrac edilib.

Qeyd edək ki, 2019-cu il ərzində Azərbaycanın "vahid pəncərə" sistemi ilə məhsul ixracının ümumi həcmi 140,4 milyon dollar təşkil edib.

3 2020 17:06 -

Köhnə versiyamızdan xəbərləri izlə