Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şirvan şəhərində yerli sahibkarın təşəbbüsü ilə tibbi maskaların tikilməsinə başlanılıb

Şirvan şəhərində yerli sahibkarın təşəbbüsü ilə tibbi maskaların tikilməsinə başlanılıb.

Bu barədə  Şirvan Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Koronavirus infeksiyasının sürətlə yayıldığı bir zamanda fərdi qoruyucu vasitələrə, xüsusən tibbi maskalara ehtiyac kəskin şəkildə artdığından Şirvan şəhərində fəaliyyət göstərən apteklərdə tibbi maska çatışmazlığı hiss olunur.

Bunu nəzərə alaraq, Şirvan Ticarət Mərkəzində çalışan dərzilər təqdirəlayiq bir təşəbbüslə çıxış ediblər. Onlar koronavirus pandemiyası ilə mübarizəyə töhfə vermək məqsədi ilə tibbi maskaların tikilməsinə başlayıblar.

Gün ərzində 300 ədəd tibbi maskanın tikilməsi nəzərdə tutulub.

Tibbi maskalar aztəminatlı ailələrə və şəhər ərazisində təmizlik və dezinfeksiya işləri ilə məşğul olan işçilərə paylanacaq.

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

                                                                                                                         

3 2020 18:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə