Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əmanətlərin qorunması diqqət mərkəzində saxlanılır

Nazirlər Kabinetinin 2019-cu il fəaliyyətinə dair hesabatında bildirilir ki, əmanətlərin 84 faizi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.

Hesabatda, həmçinin vurğulanır ki, bank sektorunun likvid aktivləri cəmi aktivlərin 28,6 faizini (6,3 milyard manat) təşkil edir. Eyni zamanda, sektorun ani likvidlik əmsalı 59,4 faiz təşkil etməklə, minimum tələbi (30 faiz) iki dəfə üstələyir.

2019-cu ilin sonuna bankların Mərkəzi Bankdakı müxbir hesabları 2,4 milyard manat, “nostro” müxbir hesablarda (digər banklarda) olan vəsaitlər 3,8 milyard manat, likvid qiymətli kağızlarda olan vəsaitlər 1,6 milyard manat, nağd vəsaitlər isə 1,5 milyard manat təşkil edir.

Keçən il ərzində bank sektorunun cəmi öhdəlikləri 10,7 faiz (2,7 milyard manat) artaraq 28,1 milyard manat təşkil edib. Depozitlər cəmi öhdəliklərin 75,8 faizi həcmindədir ki, bunun da 40 faizi (8,7 milyard manat) əhalinin əmanətləridir. Əmanətlərin həcmində artım müşahidə olunub. Əhalinin bank əmanətləri 3,1 faiz artaraq 8,7 milyard manata çatıb. Əmanətlərin 84 faizi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.

V.BAYRAMOV,

“Xalq qəzeti”

3 2020 17:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə