Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan son 17 ildə neft hasilatını 2,4 dəfə artırıb

Azərbaycanda son 17 ildə (2003-2019-ci illər) 646 milyon ton neft hasil edilib.

Nazirlər Kabinetinin 2019-cu il fəaliyyətinə dair hesabatında, həmçinin  qeyd edilir ki, 2003-2019-ci illər ərzində hasilat üzrə ən yüksək göstəricisi 2010-cu ildə qeydə alınıb və 50,8 milyon ton təşkil edib. Ən aşağı göstərici isə 2003-cü ildə olub – 15,4 milyon ton təşkil edib.

Hesablamalara əsasən, 2003-cü ildən (15,4 milyon ton) 2019-cu ilədək (37,5 milyon ton) Azərbaycanda neft hasilatı 2,4 dəfə artıb.

 

V.BAYRAMOV,

“Xalq qəzeti”

3 Aprel 2020 17:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə