Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyədə turizm mövsümü may ayının sonunda başlaya bilər.

Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoyun bu proqnozla çıxış etdiyini “CNN Türk” bildirib.Məlumatda bildirilir ki,“Bizim proqnozlarımız göstərir ki, turizm mövsümünün başlanğıcı may ayının sonunadək təxirə salına bilər. Mövcud vəziyyət bunu göstərir”, – deyə nazir bildirib.

Nazirin sözlərinə görə, bu il Türkiyənin ən azı 58 mln turist qəbul edəcəyi gözlənilir.

Qeyd edək ki, martın 11-də M. N. Ersoy hotelçilərə turizm mövsümünün başlanmasını martın sonundan aprelin sonunadək təxirə salındığını bildirmişdi. Bu yeni növ koronavirusun yayılmasına qarşı görülən tədbirlərdən biri idi.

 R.Tahir, “Xalq qəzeti”

3 2020 16:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə