Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransanın turizm biznesi aprel ayında azı 10 milyard avro itirəcək

Fransanın turizm sektoru koronavirus epidemiyası səbəbindən təkcə aprel ayı ərzində minimum 10 milyard avro itirəcək.

AZƏRTAC BFMTV telekanalına istinadla xəbər verir ki, bu barədə “Protourisme” bürosu məlumat yayıb.

Fransalıların aprel ayındakı pasxa tətilləri dövründə otellər və mehmanxanaların gəlirində 4 milyard avro azalma gözlənilir. Qalan 6 milyard avroluq itkilər isə bazarın digər oyunçularının - aviakompaniyaların, nəqliyyat kompaniyalarının, muzeylərin, turizm obyektlərinin, restoranların, turizm agentliklərinin payına düşəcək.

2019-cu ilin aprel və iyun aylarında fransızların 42 faizi məzuniyyətə yollanırdı. Bu, yayda turizm sektorunun ticarət dövriyyəsinin 15 faizini təşkil edirdi. Hazırda bu sahədə 400 min insan işsiz qalıb, 50 min mövsümi iş yeri isə ləğv edilib və ya təxirə salınıb.

Qeyd edək ki, Fransada koronavirus epidemiyası üçüncü mərhələyə qədəm qoyub. Son məlumata əsasən, ölkədə virusa yoluxanların sayı 59 mini keçib, ölənlərin sayı isə 5 min 387 nəfərə çatıb.

Karantin səbəbindən ölkədə kafe, restoran və kinoteatrlar, həmçinin qeyri-ərzaq mağazaları bağlanıb. Martın 17-dən başlayaraq insanların hərəkətinə sərt məhdudiyyətlər tətbiq edilib. Fransa hakimiyyəti izolyasiya rejimini aprelin 15-dək uzadıb. Bununla belə, onun daha da artırılacağı istisna edilmir.

3 2020 16:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə