Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Lahıc əsl folklor məkanıdır” mövzusunda tədbir keçirilib

“Lahıc əsl folklor məkanıdır” mövzusunda tədbir keçirilib

Beynəlxalq Mətbuat Mərkəzində “Lahıc əsl folklor məkanıdır” mövzusunda elmi seminar keçirilib. Tədbir “Azsaylı xalqlara məxsus folklor nümunələrinin təbliğinə həsr olunan konfransın keçirilməsi” layihəsi çərçivəsində baş tutub.

www.science.gov.az saytı yazır ki, seminarda Folklor İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyev çıxış edərək layihə barədə məlumat verib. Bildirib ki, layihə AR Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Folklorun və Ədəbiyyatın İnkişafına Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilir. O, layihənin məqsədinin azsaylı xalqlara məxsus folklor nümunələrinin toplanılması, tədqiqi və gələcək nəsillərə çatdırılması olduğunu bildirib. K.Əliyev qeyd edib ki, layihə çərçivəsində Folklor İnstitutunun əməkdaşları, eləcə də Azərbaycan Universitetinin tələbələri Lahıcın tarixi və təbiəti ilə tanış olub, bu unikal məkanın folkloru, adət-ənənələri barədə material toplayıblar. O, Lahıcın turizm imkanlarından da danışıb.

Tədbirdə Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy “Lahıcın təbiəti və adamları”, institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədlinin “Səma altında açıq muzey”, böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Aytac Abbasovanın “Lahıcda iki gün, iki gecə” və Azərbaycan Universitetinin filologiya fakültəsinin tələbəsi Afaq Aslanovanın “Lahıcın folklor yaddaşı” mövzularında məruzələri dinlənilib.

Sonda Lahıc haqqında videoçarx nümayiş etdirilib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

28 2018 12:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə