Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yunus Əmrə İnistitutunun “Türk Dünyası” jurnalının ikinci sayı

 Türk xalqlarının mədəni həyatlarını bir-birlərinə daha yaxından tanıtmaq, dillər və mədəniyyətlər arasındakı tərəfdaşlıq mövzusunda məlumatlılığı artırmaq və bu tarixi ənənələri yeni nəsillərə çatdırmaq məqsədi ilə nəşrə başlayan Yunus Əmrə İnistitutunun “Türk Dünyası” jurnalının  ikinci sayı oxuculara təqdim edildi.

Türk dünyasının ortaq dəyərlərini özündə cəmləşdirən və 10 müxtəlif türk ləhcəsində (Azərbaycan, Başqırd, Qazax, Qırğız, Krım, Özbək, Tatar, Türk, Türkmən, Uyğur) nəşr edilən jurnalın ikinci sayı giriş sözündən sonra,  Türk dünyasının böyük sufi şairi Yunus Əmrənin həyat və yaradıçılığına həsr edilən məqalə ilə açılır. Səyahət və tanıtım guşəsində 2013-cü ildə Türk Dünyasının Mədəniyyət Mərkəzi seçilmiş və Yunus Əmrənin türbəsinin yerləşdiyi Əskişəhirin tarixi və bu günü, “Türk mətbəxi” bölümündə Osmanlı saray mətbəxinin qədim ləzzətlərindən  olan zeytun yağı ilə hazırlanan yarpaq dolması haqqında məqalə verilmişdir. Jurnalın son hissəsində "Kim nə deyir?" rubrikasında jurnalın nəşr dili olan on ləhcədə insan orqan adlarının ekvivalenti yer alır.

Jurnalın birinci sayda olduğu kimi  ikinci sayında da Türkiyə türkcəsi ilə hazırlanan məqalələr  digər Türk yazı dillərinə çevrilmiş və oxuculara təqdim edilmişdir.

Giriş məqaləsində jurnalın növbəti sayının Azərbaycana həsr ediləcəyi bildirilir.

Namiq Qədimoğlu,

“Xalq Qəzeti”

 

3 2020 15:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə