Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bolqarıstanlı qonaqlar Milli Azərbaycan Tarixi Muzeyində

Bolqarıstanlı qonaqlar Milli Azərbaycan Tarixi Muzeyində

Bolqarıstan Elmlər Akademiyasının sədr müavini, müxbir üzv Vasil Nikolov və Sofiya şəhərinin merinin müavini, arxeologiya üzrə fəlsəfə doktoru, dosent Todor Çobanov AMEA Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.

www.science.gov.az saytı yazır ki, qonaqlara bu mədəniyyət ocağının yaranma tarixi barədə ətraflı məlumat verən muzeyin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, Bakının ən gözəl memarlıq abidələrindən olan bina 1895-1897-ci illərdə tikilib və Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin mülkü olub. O, hazırda AMEA-nın strukturunda elmi-tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirən muzeyin binasının ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunduğunu xüsusi qeyd edib. 

Daha sonra bolqarıstanlı qonaqlar Azərbaycanın qədim və orta əsrlər dövrünə aid muzeydə nümayiş etdirilən maddi mədəniyyət nümunələri ilə yaxından tanış olub, H.Z.Tağıyevin Xatirə muzeyini ziyarət ediblər. Muzeydə görkəmli xeyriyyəçi H.Z.Tağıyevin həyatı və fəaliyyətinə dair fotoşəkillər, ona məxsus qiymətli eksponatlar, həmçinin məişət əşyaları və tarixi sənədlər qonaqlarda zəngin təəssürat yaradıb.

Sonda akademik Nailə Vəlixanlı bolqarıstanlı nümayəndələrə muzeyin nəfis tərtibatlı nəşrlərini hədiyyə edib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

28 2018 11:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə