Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qırğızıstanda koronavirusdan 61 yaşlı pasiyent öldü

Qırğızıstanda koronavirusa yoluxanların sayı artıb. Bu barədə  TASS respublikanın virusun yayılması xəbərdarlığı üzrə qərargahı bildirib.

Qərargahın açıqlamasına görə, ötən gün ölkədə koronavirusa 9 yoluxma qeydə alınıb. Bununla da təsdiq edilmiş koronavirusa yoluxma hallarının sayı 125-ə çatıb. Xəstələrdən 4-ü ağır vəziyyətdədir.

Qeyd edilir ki, COVID-19-dan ilk ölüm hadisəsi baş verib. “61 yaşlı pasiyent koronavirusdan öldü", - xəbərdə deyilir.

Qərargahın məlumatına görə, xəstə xarici ölkədən gəlib və stasionar müalicədə olub, onda COVID-19 infeksiyasına yoluxma təsdiqlənib. Bundan başqa, pasiyentdə digər ağır xəstəliklər də müşahidə olunub.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

3 2020 14:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə