Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ÜST: Ötən gün dünyada 5 min nəfər koronavirusdan həyatını itirib

Son bir gün ərzində dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı demək olar, daha 77 min artıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son məlumatında bildirilir.

Qeyd edilir ki, dünyada koronavirusa yoluxanların sayı 900 306 nəfərə çatıb.

Son sutka ərzində dünyada koronavirus qurbanlarının sayı təxminən 5 000 nəfər artıb. Hazırda dünyada pandemiya qurbanlarının sayı 45 693 insan təşkil edir.

Son 24 saat ərzində koronavirusun qeydə alındığı 205 ölkənin siyahısı və ya ərazisi genişlənməyib.

Eyni zamanda ABŞ-ın Cons Hopkins Universiteti də öz növbəsində bildirib ki, dünyada koronavirusa yoluxma hallarının sayı 1 milyonu ötüb.

Universitetin məlumatına görə, virusa yoluxma hallarının sayı 1 002 159-a qədər artıb, 51 485 insan pandemiyanın qurbanı olub.  Qeyd edək ki, daha əvvəl ABŞ-ın Con Hopkins Universiteti dünyada koronavirusa yoluxma halları ilə bağlı son hesablamalarını açıqlayıb. Universitetin məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 1 002 159-a çatıb. Dünyada 51 485 nəfər pandemiyanın qurbanı olub. 

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan edib.

Koronavirus ilk dəfə 2019-cu ilin sonlarında Mərkəzi Çinin Uhan şəhərində aşkarlanıb. Hazırda pandemiya dünyanın azı 165 ölkəsində yayılıb. Virusun aşkarlandığı son dövlət Malavidir.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 

 

3 2020 13:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə