Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan son 17 ildə qaz hasilatını 7 dəfə artırıb

Son 17 ildə (2003-2019-cu illər) Azərbaycanda 379,9 milyard kubmetr qaz hasil edilib.

Nazirlər Kabinetinin 2019-cu il fəaliyyətinə dair hesabatında qeyd edilən göstəricilər əsasında aparılan hesablamalara görə, ölkədə qaz hasilatı üzrə ən yüksək göstəricisi 2019-cu ildə qeydə alınıb və 35,6 milyard kubmetr təşkil edib. Ən aşağı göstərici 2004-cü ildə olub və 5 milyard kubmetr təşkil edib.

Hesablamalara əsasən, 2003-cü ildən (5,2 milyard kubmetr) 2019-cu ilədək (35,6 milyard kubmetr) Azərbaycanda qaz hasilatı 6,8 dəfə artıb.

Ölkədə qaz hasilatının artması Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsinin həyata keçirilməsi ilə bağlıdır.

BP-nin (layihənin operatoru) məlumatına əsasən, ötən il “Şahdəniz”dən 16,8 milyard standart kubmetr qaz hasil edilib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 46 faiz çoxdur.

Xatırladaq ki, “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.

V.BAYRAMOV,

”Xalq qəzeti”

3 2020 12:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə