Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

IX “Qız qalası” Beynəlxalq İncəsənət Festivalı

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, festivalın keçirilməsində məqsəd dünyanın müxtəlif yerlərindən gələn turistlər, qonaqlar vasitəsilə Azərbaycan mədəniyyəti və incəsənətinin tanıdılması, eləcə də Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə töhfə verməkdən ibarətdir.

Bu gün  başa çatacaq  festivalda 17 rəssam dahi Azərbaycan şairi Nəsiminin əsərləri əsasında çəkilən səhnələrlə Qız Qalası maketləri bəzəyəcəklər. Hər bir tamamlanmış heykəl xüsusi rəsm üslubunu və hər bir rəssamın dekorasiyasını nümayiş etdirir.

Daha sonra bu müəllif işləri dünyanın müxtəlif ölkələrində nümayiş olunacaq, Qız qalasının təbliğində əhəmiyyətli vasitəyə çevriləcək. Festivalın təşkilatçıları diqqəti həm də ətraf mühitin mühafizəsi məsələsinə cəlb etməyə qərar vermişlər.

"Qız qalası"  Beynəlxalq İncəsənət Festivalı 2010-cu ildən keçirilir. Dünyanın müxtəlif ölkələrindən gələn 100-dən çox tanınmış rəssam bu festivalda iştirak edib. Festival Bakı şəhərində və Fransanın Kann şəhərində reallaşdırılıb. Layihənin məqsədi 2000-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və Bakının rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılmasıdır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

28 2018 11:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə