Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xilaskar ömrü” sənədli filmi italiyan dilində

“Xilaskar ömrü” sənədli filmi italiyan dilində

Azərbaycan Dillər Universitetində  universitetin italyan mərkəzinin və Neapol-Bakı Assosiasiyasının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən "Xilaskar ömrü" sənədli filminin təqdimat mərasimi keçirilib.

Rejissor Tahir Əliyevin dahi şəxsiyyətin anadan olmasının 95-ci ildönümü münasibəti ilə ərsəyə gətirdiyi film Neapol-Bakı Assosiasiyasının və "Azərkitab" Kitab təbliğatı mərkəzinin birgə dəstəyi ilə italyan dilinə dublyaj olunub.

Tədbirdə italyan dilində təhsil alan tələbələrlə yanaşı, İtaliyanın Azərbaycandakı səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları da iştirak ediblər.

Tədbiri giriş sözü ilə ADU-nin italyan mərkəzinin rəhbəri Nərgiz Cəfərova açaraq Neapol-Bakı Assosiasiyası ilə təmsil etdiyi universitetin səmərəli əməkdaşlığından danışıb.

Assosiasiyanın vitse-prezidenti Elnur Camalxanov ulu öndərin 1997-ci ilin 25-27 sentyabr tarixlərində İtaliyaya ilk rəsmi səfəri zamanı iki ölkə arasında iqtisadi münasibətlərin təməlinin qoyulduğunu bildirib. Filmin nümayişindən sonra Neapol-Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kaniqlia Azərbaycana səfərindən məmnunluq duyduğunu bildirib. O, rəhbərlik etdiyi təşkilatın bundan sonra da iki ölkənin iqtisadi, mədəni və dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət göstərəcəyini xüsusi vurğulayıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

28 2018 11:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə