Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elmir Vəlizadə: Bəzi rayonlarda sərnişindaşımada azalma istədiyimiz səviyyədə deyil

İki əlavə halda vətəndaşlar SMS xidmətindən istifadə etməyərək yaşayış yerlərini icazəsiz tərk edə bilər.

Bunu Azərbaycan Televiziyasında (AzTV) "Hədəf" verilişinin qonağı olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, vətəndaşlar həyat və sağlamlığına bilavasitə təhlükəli vəziyyət yaranarsa, yaşayış yerini tərk etmək üçün SMS xidmətindən istifadə etməməlidir:

"Belə halda onlar yaşayış yerlərini dərhal tərk edə bilərlər. Məhkəmə və ya hüquq-mühafizə orqanları çağırdıqda SMS xidmətindən istifadə edilməməlidir".

Nazir müavini qeyd edib ki, mobil operatorların şəbəkələri daxil olan SMS-lərin qəbulunu və ötürülməsini tam təmin edə biləcək:

"Hazırda yaradılmış sistemdə vətəndaşların SMS-lərinin qəbulu və bilavasitə elektron hökumət portalı sisteminə ötürülməsi nəzərdə tutulub. Bunu da nəzərə almaq lazımdır ki, hər bir vətəndaş gün ərzində bir dəfə müraciət etməlidir. Davamlı cəhdlərin qarşısı alınacaq. Ölkəmizdə hazırda ümumilikdə 9 milyon 300 vətəndaş mobil operatorların istifadəçiləridir".

 

E.Vəlizadə vurğulayıb ki, nəqliyyatın fəaliyyətində də müəyyən məhdudiyyətlər tətbiq edilir:

"24 mart tarixində rayonlar və şəhərlərarası gediş-gəlişin qarşısı alındı. Bu, yayılmanın qarşısının alınması baxımından vacib idi. Şəhərdaxili daşımalarda azalma müşahidə olunur. Bəzi rayonlarda sərnişindaşımada azalma istədiyimiz səviyyədə deyil. Statistika göstərir ki, Şəkidə bu günlərdə rayondaxili marşrutda fəallıq müşahidə olunur. Vətəndaşlarımız daha diqqətli davranmalıdırlar. Vaxtilə ölkə üzrə sərnişin daşıması 2 milyon təşkil edirdi. Hazırda bu rəqəmlər ciddi şəkildə azalıb. Vətəndaşlarımıza zərurət yaranmadığı təqdirdə ictimai nəqliyyatdan istifadə etməməyi tövsiyə edirik".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək aşağıdakı qaydada tətbiqi ilə bağlı qərar alınıb.

2 2020 23:07 -

Köhnə versiyamızdan xəbərləri izlə