Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İbrahim Məmmədov: Yaxın qohumun vəfat etməsi ilə bağlı həkimin təsdiq etdiyi teleqram vacibdir

Yasda iştirak etmək üçün də yaşayış yerini tərk etmək icazəsi alınmalıdır.

Bunu Azərbaycan Televiziyasında (AzTV) “Hədəf” verilişinin qonağı olan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, bunu üçün 8103 SMS xidmətinə 3 rəqəmini göndərmək lazımdır:

“Burada təkcə SMS göndərmək kifayət deyil. Yaxın qohumun vəfat etməsi ilə bağlı həkimin təsdiq etdiyi teleqram da vacibdir. Bu sənəd olduğu təqdirdə icazə verilir. Dəfn mərasiminin məhdud şəkildə keçirilməsi ilə bağlı tövsiyələr əvvəlki sənədlərdə var. Mərasim yerlərində yas mərasimi keçirmək qadağandır. Lakin yaxın qohumun dəfn mərasimində iştirak etmək bizim adətlərimizdən biridir”.

 

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

 

2 2020 22:27 -

Köhnə versiyamızdan xəbərləri izlə