Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyədə koronavirus qurbanlarının sayı 356 nəfərə çatdı

24 saat ərzində 79 ölüm faktı qeydə alınıb.

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca, son 24 saat ərzində Türkiyədə koronavirusa yoluxan 79 nəfərin dünyasını dəyişdiyini açıqlayıb.

Bu müddət ərzində 2 min 456 nəfərə “COVİD-19” diaqnozu qoyulub. Bu günə qədər Türkiyədə koronavirus səbəbindən ölənlərin sayı 356-ya, bu virusa yoluxanların sayı isə 18 min 135-ə çatıb. Koca açıqlamasında virusdan sağalanan şəxslərin siyahısına daha 82 xəstənin əlavə edildiyini deyib.

Nazir həmçinin bildirib ki, reanimasiya yerləşdirilən “COVİD-19” daşıyıcılarının 82 faizi yaşı 60-dan yuxarı olanlardır.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə ölkə xaricində koronavirus səbəbindən ölən Türkiyə vətəndaşlarının sayının 124 olduğunu bildirib.

 

2 2020 21:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə