Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Respublika Gənclər Kitabxanasının 90 illiyi qeyd olunmuşdur

Respublika Gənclər Kitabxanasının 90 illiyi qeyd olunmuşdur

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 21 sentyabr 2018-ci il 90 illiyi münasibəti ilə “Açıq Kitabxana”, “XXI əsr Gənclər Kitabxanaları-Ənənələr, İnnovasiyalar. Öyrənək, öyrədək” layihələri çərçivəsində  Yasamal rayonu Mikayıl Müşfiq adına bağda kitab sərgisi təşkil etmişdir.

Sərgidə Azərbaycan və rus dillərində beş yüzə yaxın müxtəlif sahələri əhatə edən ədəbiyyatlar nümayiş etdirilmişdir. Sözügedən ədəbiyyatlar “Bədii ədəbiyyat”, “İctimai-siyasi ədəbiyyat”, “Elm”, “İnformatika”, “İncəsənət”, “Xarici ədəbiyyat”, “Uşaq ədəbiyyatı” adları altında oxuculara təqdim olunmuşdur. Həmçinin, sərgidə “İnformasiya daşıyıcıları” adı altında  Azərbaycan və rus dillərində disklərə də xüsusi yer ayrılmışdır. Açıq havada gün ərzində davam edən kitab sərgisi yüzlərlə oxucunun, ədəbiyyatsevərlərin  marağını, diqqətini cəlb etmişdir. Sərgiyə baxışda gənclər, tələbələr çoxluq təşkil etmişdir.

Kitab sərgisinin nümayişində Yasamal Rayon İcra Hakimiyyətinin nümayədənləri iştirak etmişdir. Eyni zamanda kitabxananın əməkdaşları oxucuların diqqətini çəkən kitablar barədə ətraflı məlumat vermiş və onları kitabxanaya üzv olaraq kitab fondundan istifadəyə dəvət etmişlər.

Qeyd edək ki, bu kimi kitab sərgiləri mütəmadi olaraq davam etdiriləcək.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

28 2018 11:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə