Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Akademik Musiqili Teatrda yenidən yüksək səviyyədə dezinfeksiya işləri aparılıb

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində ölkəmizdə tətbiq edilən karantin günlərində də müvafiq dövlət qurumları tərəfindən mütamadi şəkildə zəruri profilaktik tədbirlər davamlı olaraq həyata keçirilir.
 
Akademik Musiqili Teatrın mətbuat xidmətindən bildirilib ki, virus təhlükəsi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Bakı Şəhər Dezinfeksiya Stansiyasının Səbail Rayonlararası Bölməsi”nin əməkdaşları tərəfindən artıq 2-ci dəfədir ki, teatrın böyük və kiçik tamaşa zallarında, məşq və qrim otaqları, dəhlizləri və  ümumilikdə bütün inzibati binanın hər tərəfində yüksək səviyyədə dezinfeksiya  işləri aparılıb.
 
Ə.ƏLƏSGƏRLİ, "Xalq qəzeti"
2 2020 19:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə