Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat: Nikol Paşinyan BMT tribunasını siyasi terror vasitəsinə çevirdi

"Nikol Paşinyan BMT tribunasını siyasi terror vasitəsinə çevirdi və elə buna görə də BMT buna qiymət verməlidir. Əks təqdirdə, istənilən işğalcı, terrorçu özünü baş nazir kimi təqdim edib, istənilən vaxt bu tribunadan sərsəm bəyanatlar verə bilər". Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, məsələ ondadır ki, BMT Baş Assambleyası tamamilə fərqli gündəliklə toplansa da, N.Paşinyan ucuz siyasi şoumen kimi etnik separatizmə və Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmağa çalışdı:

“Paşinyan unudur ki, Ermənistan ordusunun işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməsi üçün elə tribunasından danışdığı beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Onun dedikləri isə həm BMT nizamnaməsinin 2(4)-cü maddəsinə, həm də BMT TŞ-nin qəbul etdiyi qətnamələrə ziddir. Əgər bu gün Paşinyanın belə hərəkətlərinə BMT və onun mandat verib Qarabağ probleminin həlli ilə bağlı mükəlləf etdiyi ATƏT-in Minsk qrupunun kəskin reaksiyası olmayacaqsa, bu cür hadisəyə hüquqi qiymət veriilməyəcəksə, onda dünya ölkələri beynəlxalq hüquqa, BMT-yə, ATƏT-ə necə inanacaqlar?! Heç olmasa nə qədər gec deyil, BMT onsuz da özünün o qədər də müsbət olmayan imicini bundan sonra qorusun”.

H.Babaoğlu vurğulayıb ki, N.Paşinyan liderlik etdiyi küçə hərəkatını xalq demokratiyası kimi təqdim etməyə cəhd edərək özünü gülünc vəziyyətə salır:

"Beynəlxalq ictimaiyyətin bu siyasi təlxəyin hədyanlarına dözməsinin səbəbi dünya siyasətindəki ikili standartlar və islamofob mərkəzlərin Ermənistana dəstəyi ilə bağlıdır. Ancaq kimin necə yanaşmasından və Qarabağ probleminin həllinə kimin necə baxmasından asılı olmayaraq, Azərbaycan bu problemi özünün ərazi bütövlüyü çərçivəsində mütləq həll edəcək və o günü yaxınlaşdırmaq üçün bütün mümkün vasitələri və resursları səfərbər edir. Təkcə son günlərdə ölkəmizdə həyata keçirilən xüsusi əhəmiyyətli hadisələrə nəzər salsaq, ordumuzun uğurlu hərbi təlimlərinə, möhtəşəm hərbi parada, kosmos ölkəsi olaraq əldə etdiyimiz ən son uğurlara diqqət etsək, görəcəyik ki, işğalçı ölkənin baş nazirini isterik bəyanatlar səsləndirməyə sövq edən səbəblərdən biri də elə Azərbaycanın bu uğurlarıdır”.

28 2018 10:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə