Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli 998 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2015‒2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda və 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017‒2021-ci illərdə” Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli 998 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 42; 2019, № 5, maddə 899) ilə təsdiq edilmiş “2015‒2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.2.3-cü yarımbənddə “alimlər” sözü “alim və tədqiqatçılar” sözləri ilə əvəz edilsin;

1.2. 5.2.16-cı yarımbənddə “alimləri” sözü “alim və tədqiqatçıları” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1689; 2018, № 5, maddə 1066; 2019, № 6, maddə 1085) ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017‒2021-ci illərdə” Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 5.10.2-ci yarımbəndin “Tədbirin adı” sütununa “alim” sözündən sonra “, tədqiqatçı” sözü əlavə edilsin;

2.2. 5.10.3-cü və 5.10.5-ci yarımbəndlərin “Tədbirin adı” sütununda “alimlərin” sözü “alim və tədqiqatçıların” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 aprel 2020-ci il.

1 2020 18:52 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Köhnə versiyamızdan xəbərləri izlə