Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daha 2208 tənha yaşlıya sosial xidmətlər göstərilir

Martın 24-dən başlayaraq Bakı və respublikanın bölgələri üzrə vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 - Çağrı mərkəzinə 20 min 253 müraciət daxil olub. Onlardan 4555-ni sosial xidmətlərin göstərilməsi ilə bağlı müraciətlər təşkil edib.

Müraciətlər əsasında 2208 şəxsin tənha yaşı 65-dən yuxarı şəxslər olduğu nəzərə alınmaqla, onlara sosial xidmətçilər tərəfindən evlərində sosial məişət xidmətlərinin göstərilməsinə başlanıb.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, evlərində sosial xidmətlərlə təmin olunanların sayı 11 700-ə çatıb.

Həmin vətəndaşlara könüllülərin də dəstəyi ilə ev təsərrüfatı ilə bağlı işlərdə, öz vəsaitləri ilə əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. köməkliklər göstərilir.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

 

 

 

 

1 2020 12:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə