Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Maykl Levitt: Əsas məsələ çaxnaşmaya nəzarətdir

Stanford Universitetinin professoru, kimya üzrə Nobel mükafatı laureatı Maykl Levitt koronavirus pandemiyasının sona çatacağını “Los Angeles Times”da nəşr olunan məqaləsində proqnozlaşdırır.

Məqalədə M. Levittin Çində vəziyyətin inkişafını, ölkə tarixindəki ən pis böhranı düzgün proqnozlaşdırdığı göstərilir. Professor bildirib ki, mövcud böhranın aylar və ya illərlə davam edəcəyinə, həmçinin milyonlarla insanın ölümünə səbəb olacağına dair proqnozları boş hesab edir. Onun, Çində ölüm tempinin bir həftə içində daha da aşağı düşəcəyinə dair hazırladığı hesabatı fevralın əvvəlində həmin ölkəyə göndərdiyi bildirilib. Levitt COVID-19-a yoluxma halının təxminən 80 min olacağı və orta hesabla 3250 adamın epidemiyadan öləcəyi barədə proqnoz verib. Real statistika professorun iddia etdiyi rəqəmlərə demək olar ki müvafiq olub: 24 mart tarixində ÇXR-də 3min 281-i ölümlə nəticələnən 81 min 588 yoluxma faktı qeydə alınıb.

İndi Maykl Levitt həm ABŞ-da, həm də dünyanın digər ölkələrindən oxşar nəticələr gözləyir. Onun sözlərinə görə, əsas məsələ çaxnaşmaya nəzarət etməkdir. Bir çox epidemioloqun xəbərdarlıq etməsinə və milyonlarla insanın öləcəyinin deyilməsinə baxmayaraq, alim mövcud məlumatların belə bir dəhşətli ssenarini təsdiqləmədiyini bildirir.

Hər gün koronavirusa 50 yeni yoluxma faktının qeydə alındığı 78 ölkədəki vəziyyəti təhlil edən Levitt çaxnaşmaya ehtiyac olmadığını, hər şeyin yaxşı nəticə verəcəyini deyir. İş orasındadır ki, professor ABŞ-da dönüş nöqtəsi üçün konkret tarix göstərmir.

 

Hazırladı:

Z. BƏŞİRQIZI,”Xalq qəzeti”

1 2020 11:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə