Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tövsiyələrə əməl etməklə virusdan qorunmaq mümkündür

Bu günlər bütün saytlar, televiziya kanalları, sosial şəbəkələrin baş mövzusu koronavirusla mübarizə tədbirlərinə həsr olunur. Həkimlər, ayrı-ayrı səlahiyyət sahibləri virusla bağlı ölkədə tətbiq edilən karantin rejimi zamanı nələrə diqqət etməyin vacibliyi ilə bağlı tövsiyələr verirlər. Bu gün də karantin rejimi ilə bağlı qadağalar, üzərimizə düşən vəzifələr haqqında təklifləri diqqətinizə çatdırırıq. Qeyd edək ki, bütün dünyanı təşvişə salan pandemiyadan qorunmaq üçün bunlara əməl etsəniz, yetərlidir:

 1. İşdən, dostlardan, gedəcəyiniz yerlərdən uzaqlaşın. Düşünün ki, əgər xəstəliyə yoluxsanız, hansı yerlərə getməyinizə peşman olarsınız? Məhz o yerlərdən də uzaq durun. Karantində olsanız, xəstələnsəniz, təbii ki,  dostlarınızı, qohumlarınızı sizinlə görüşməyə qoymayacaqlar. Deməli, onlar da sizsiz çox gözəl keçinə bilər.

    2. İşləyən insanlar – evdən bir dəfə çıxıb, evə bir dəfə qayıtmalısınız. Evə dəfələrlə girib-çıxmaq olmaz. Əgər gedirsinizsə, bunu nəzərə alın.

    3. Evə çöldən, işdən, marketdən qayıdan insan üst geyimini və ayaqqabısını çöldə çıxarmalı, havalandırmağa qoymalı, daha sonra ailə üzvlərindən heç kimlə görüşmədən, vanna otağına keçərək, isti su ilə əl-üzünü, burnunun içini sabunla yumalı, boğazını isti duzlu su ilə qarqara etməlidir. Daha sonra hər hansı dezinfeksiya edici məhlulla əllərini, saçını, burnunu dezinfeksiya edib, ondan sonra ailə üzvlərinə, uşaqlarına qarışmalıdır. Əyindəki geyimlər dərhal maşında yuyulmalı və ya bir sellofana qoyub balkona çıxarılmalıdır.

 4. İş yeri, gündəlik əşyalar, telefon, maşının içi dezinfeksiya olunmalıdır.

 5. Liftlə yox, pilləkənlə çıxın.

6. Cibinizə hər hansı kiçik əşya qoyub, lift düyməsi və ya hər hansı əşyaya onunla toxunun.

7. Maska nə qədər qorumur deyilsə də, hər gün evdən çıxıb 5-8 saat çöldə olan şəxs respirator maska taxmalıdır. Harada görsəniz, əldə edin.

8. Hazır qidalar, kiminsə bişirdiyi yemək, küçədə qidalanma, zərərli qidalar, konservant məhsullardan imtina edin. Şübhəli adamlardan nəsə alıb yeməyin. Açıq bazarlardan çox məhsul almayın

 9. Evi, qapını, maşının içini, pilləkənləri, hamamı xlor tərkibli yuyucu vasitələrlə gündə 1 dəfə yuyun.

10. Kim olur, olsun, əl verib görüşmək, öpüşmək olmaz

11. Liftə, avtobusa, vaqona, marketə adam az olduğu vaxtlarda gedin, harda 3-5 adam varsa, ordan uzaqlaşın.

 12. Hər gün bol maye, şorbalar için, yaxşı qidalanın, zülal, protein, vitaminli ərzaqlar seçin, qatıq yeyin. Çay, enerji içkisi, kola, qəhvə az qəbul edin.

13. Vitamin C ehtiyatını artırın, venadaxili inyeksiya edə bilərsiniz.

14. Bu ərəfələr yaşlı nənələr, babalar, hər gün küçədə olan kişilər uşaqlarla birgə yatmasın, onları yataqlarına buraxmasın.

15. İmmunitetinizi möhkəmlətmək üçün yeməklərə bol istiot, ədviyyatlar, eləcə də müxtəlif ətirli bitkilər, zəfəran, sarıkök istifadə edin, dərman bitki çaylarından alın. Bu işdə sizə aptekdə kömək edərlər.

  Bu qaydaların hamısına dəqiqliklə, özünün və millətin sağlamlığı naminə əməl edənlər mütləq koronavirusdan qoruna biləcək. Özünüzü qorumaqla ailənizi, yaxınlarınızı bu təhlükədən qoruyacaqsınız.

 

Hazırladı:

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

1 2020 11:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
4 İyun 2020 | 22:52
Humanitar yardım

Köhnə versiyamızdan xəbərləri izlə